Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, avrokuboklarda Azərbaycanı təmsil edəcək qadın voleybol komandalarının tam siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, buna Super Liqanın bu gün keçirilən 3-cü yer uğrunda görüşündən sonra 5 ən güclü klubumuz qatılacağı turnirlərin adını bilib.
Belə ki, finala yüksəlməklə Çempionlar Liqasında oynamaq hüququ qazanan “Rabitə” və “Azəryol”a “İqtisadçı” da qoşulmaq şansı əldə edib. Lakin ölkəmizin reytinqindəki yüksək mövqeyinə uyğun olaraq, 2 klub analoji yarışa buraxılacağından “tələbələr” “wild card”a ümid edəcəklər. Yəni, hər 3 klubumuz qitənin ən nüfuzlu klub turniri üçün sifariş verəcək.
Bürünc medallar uğrunda “İqtisadçı”ya uduzan “Azərreyl” isə növbəti dəfə CEV kubokunda oynayacaq. Onlara çempionatı 5-ci yerdə başa vuran “Lokomotiv” də qoşulacaq.
Qeyd edək ki, 2013/2014 mövsümündə də 3 klubumuz Çempionlar Liqasında, 2-si CEV kubokunda oynayıb. Onlardan yalnız “Rabitə” Çempionlar Liqasını bürünc medalla başa vurub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR