"Günbəgün mübarizəmiz daha yaxşıya doğru dəyişir. Biz öz namizədliyimizə güvənirik və bu prosesdə iştirakımızın vacibliyinin artmasını görürük.”
“Vətəninfo.az” xəbər verir ki, bu fikirləri gənclər və İdman naziri Azad Rəhimov Yunanıstanda 2012 London Olimpiya məşəlinin yandırılması mərasimində dünya şöhrətli “Reuters” agentliyinə müsahibəsi zamanı deyib.
Həmçinin, nazir bildirib ki, Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna yatırdığı 1 milyarda yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020 Yay Olimpiya oyunları mübarizəsində gözlənilməz dönüşlərə baxmayaraq öz mövqeyini gücləndirir.
A.Rəhimovun sözlərinə görə, son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard dollardan artıq vəsait yatırıb və böyük enerji resusrslarının hesabına məhz elə həmin müddət ərzində ölkə iqtisadiyyatı 900 faiz artıb.
"İnsanlar Bakı haqqında fikirlərini və Bakıya olan münasibətlərini artıq dəyişiblər. Bakını və ölkəmizi dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Ümid edirik ki, 2013-cü il Buenos Ayres toplantısına qədər mübarizədə qala biləcəyik."-deyə O, əlavə edib.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR