Azərbaycan klubu Çempionlar Liqasında cavab oyununa çıxır

Azərbaycan klubu Çempionlar Liqasında cavab oyununa çıxır

 Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində cavab görüşünü keçirəcək. "Report"un məlumatına görə, səfərdə İsveçrə "Volero"su ilə görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyunu qadın hakimlər idarə edəcək. Bugünkü görüşə türkiyəli Nurper Özbar və sloveniyalı Sanya Mikloşiç təyinat alıb.
Bakıda keçirilmiş ilk oyun "Lokomotiv"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi 6 ən güclü komanda sırasına yüksəlmək üçün səfərdə də qalib gəlməlidir. Meydan sahibləri 3:1 və ya 3:0 hesablı qələbə qazansa, 6 ən güclü komanda sırasına çıxacaq. 3:2 hesablı qələbə təqdirində isə növbəti mərhələyə vəsiqənin sahibi "qızıl set"də müəyyənləşəcək. 
Cütün qalibi növbəti mərhələdə Türkiyənin "Eczaçıbaşı" və "Vakıfbank" komandaları arasındakı görüşlərin qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
1/6 final, cavab görüşü
23:00. "Volero" (İsveçrə) - "Lokomotiv" (Azərbaycan)
Hakimlər: Nurper Özbar (Türkiyə), Sanya Mikloşiç (Sloveniya)
Sürix. "Saalsporthalle".
Qeyd edək ki, daha öncə "Azəryol" CEV Kubokunda yarımfinala yüksələrək, Rusiyanın "Dinamo" (Krasnodar) komandasına rəqib olub. 

Miq.az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az