Azərbaycanın market brifinqi (market briefing) sentyabrın 8-də 10:30-dan 12:00-a qədər davam edəcək.
"Azərbaycan 10 il müddətində ümumi dəyəri 65 mlrd. funt sterlinq olan və bütün istehsal zənciri boyunca müxtəlif imkanlar təqdim edən karbohidrogen hasilatı və neft-kimya istehsalı kompleksinə malikdir. Bu imkanlara "Ümid", "Babək" və "Abşeron" qaz yataqları, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarının genişləndirilməsi, yeni neft-qaz emalı və neft-kimya kompleksi və s. daxildir. Böyük Britaniya şirkətlərinin buraya edə biləcəyi yatırımların həcmi 11 mlrd. funt sterlinqə çata bilər. Böyük Britaniyanın mühəndislik, layihənin idarə olunması üçün ekspertiza və kompleks avadanlıq üçün mütəxəssis hazırlığı sahəsində böyük təcrübəsi var. Hansı ki, Azərbaycanın irimiqyaslı neft və qaz ehtiyatlarını hasil etmək üçün buna tələbatı var", - deyə təşkilatçılar qeyd edir.
Xatırladaq ki, Aberdin konfrans-sərgisində 100-dən artıq ölkədən 1 500-dən çox şirkətin iştirak edəcəyi, ziyarətçilərin sayının isə 70 mini keçəcəyi gözlənilir.
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL