Rusiya Federasiyasının Həştərxan vilayətində çəkiliş aparan Azərbaycanın "Region” TV telekanalının "Buralar” verilişi yerli medianın diqqətini özünə çəkib.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, Həştərxan şəhərindən yayımlanan "Astraxan 24” telekanalı tamaşaçılarına "Region” TV-nin səyahət proqramı haqqında reportaj təqdim edib. Videomaterialda proqramın mahiyyəti, çəkiliş prosesi və aparıcılar haqqında ətraflı məlumat verilib.
"Astraxan 24” telekanalının videoreportajında qeyd olunub ki, "Region” TV-də yayımlanan "Buralar” verilişi ilk mövsümdə yalnız Azərbaycanın bölgələrində çəkilişlər aparıb. Bu telemövsümdən isə çəkiliş qrupu ölkə xaricindən də verilişlər təqdim edəcək. İlk belə veriliş Həştərxan şəhəri haqqında hazırlanıb. Videoreportajda çəkiliş qrupunun tarixi yerlərlə yanaşı, şəhərin müasir gözəlliklərini də tamaşaçılara təqdim etdiyi bildirilib.
Qeyd edək ki, 2014-cü ildən yayımlanan "Astraxan 24” telekanalı tamaşaçılara 24 saat ərzində HD formatda xəbər proqramları təqdim edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL