Azərbaycan və Türkiyənin milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək

Azərbaycan və Türkiyənin milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək

Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

"Miq.Az" xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, matç gələn il mayın 26-da Antalyada olacaq: "Çempionatlar başa çatandan sonra təlim-məşq toplanışına başlayacağıq. Futbolçular 10 günlük hazırlıq dönəmində ailələri ilə birgə qalacaqlar. Həm istirahət, həm də məşq olacaq. Mayın 26-da Antalyada Azərbaycanla oynayacağıq. İyunun 1-də Xorvatiya, iyunun 4-də isə İrlandiya ilə qarşılaşacağıq".

Günəş bildirib ki, AVRO-2020-də qrup mərhələsinin 2 oyununu Azərbaycanda keçirəcəkləri üçün çox xoşbəxtdir: "Azarkeş baxımından deyil, səyahət sarıdan problem yaşaya bilərik. Futbolçuların sağlıq durumu üçün 2 matç arasındakı müddəti 3-dən 4-ə artırmaları lazımdır".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az