Bu ilin fevral ayı ərzində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib. Dəstə üzvlərindən iki nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, bir nəfər şəxs barəsində isə axtarış elan olunub. Başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 57 halda ümumi dəyəri təqribən 334 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd tüfəng, 130 ədəd patron, 1 ədəd pnevmatik avtomat, 1 ədəd pnevmatik tapança, 4 ədəd daraq, 2 ədəd tank əleyhinə mina, 1 ədəd beşbarmaq-bıçaq, 1 ədəd bıçaq, 1810 ədəd pirotexniki vasitə, 780 qram qızıl zinət əşyaları, 8926 qutu siqaret, 288 ədəd mobil telefon, 700000 rial İran İslam Respublikasının valyutası, 25 baş xırda buynuzlu heyvan, 1 baş at, 55 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 3100 metr tor, 2930 ədəd müxtəlif dərman preparatları, 423 ədəd kosmetik vasitələr və digər istehlak malları saxlanılıb. Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR