"Azərbaycanda aqrar sahədə mütəxəssis çatışmazlığı var" - Nazir müavini

"Ölkəmizdə aqrar sahədə mütəxəssis çoxluğu yoxdur, çatışmazlığı var. Xaricdən gəlməsinin birinci səbəbi budur. Buna səbəb uzun illər bu sahədə təhsilə gedənin olmaması, olan kadrlarımızın isə yaşlanmasıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

"Bildiyimiz kimi, yaşlanan kadrların sıradan çıxması ilə bizdə bir açıq yaranır. Açıq isə, ali təhsilin müddətini nəzərə alsaq, bir ilə qapana bilmir. Yəni, dörd illik ali təhsilə çoxlu tələbə gəlməlidir ki, siz o açığı bağlayasınız və bu bilirsiniz ki, qeyri-mümkündür. Bu səbəbdən xaricdən sifariş yaranır”, - deyə nazir müavini bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az