"Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq".
Miq.az xəbər verir ki, bunu Trend-ə "Audatex Azerbaijan" şirkətinin rəhbəri Zakir Kərimzadə deyib.
Onun sözlərinə görə, şirkət 29 ölkədə fəaliyyət göstərən "Autoonline" nəqliyyat vasitələrinin hərracı sisteminə qoşulacaq:
"Bu, qapalı hərracdır. Saytda korporativ müştərilərin və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib fiziki şəxslərin avtomobilləri satışa çıxarılacaq".
Z.Kərimzadə qeyd edib ki, hərraca sığorta şirkətlərinin avtomobilləri, bankların, eləcə də avtoparkı yeniləmək qərarı almış icarə xidmətlərinin avtomobilləri çıxarılacaq:
"Müştəriləri digər iştirakçılaırn təkliflərini görməyəcək. Və təkliflərdən asılı olaraq satıcı avtomobili satmaq qərarı verir".
Onlayn hərracın üstünlüklərindən danışan Z.Kərimzadə bildirib ki, bu, ilk növbədə şəffaflığı təmin edəcək.
O, əlavə edib ki, pilot layihə müştərilərin biri ilə işə salınacaq və ilk mərhələdə müxtəlif markalı 15 avtomobil hərraca çıxarılacaq.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?