Füzuli sakini Masallıda bıçaqlanıb. Axşam saatlarında rayonunun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişov avtovağzal kimi tanınan ərazidə 39 yaşlı Zaur Davud oğlu Qurbanovu bıçaqlayıb.
Z.Qurbanov Füzuli sakini olsa da, Bakıda yaşayır. O, bir müddət bundan əvvəl qeyri-rəsmi yaşadığı Nuranə Əhmədova ilə aralarında yaşanan bəzi problemlərə görə Masallı Rayon Məhkəməsinə çağırılıb.
Bakıdan Masallıya gələn Z.Qurbanov axşam saatlarında geri qayıtmaq üçün avtovağzala gəlib və orada R.İbişovu görüb. Onlar arasında düşən mübahisə sonda bıçaqlanmaya səbəb olub.
Döş qəfəsindən bir bıçaq zərbəsi alan Z.Qurbanov yaxınlıqdakıların köməyilə dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağırdır.
Z.Qurbanov bildirir ki, üç uşaq anası olan N.Əhmədova rəsmi olaraq birinci ərindən boşandıqdan sonra, bir müddət onunla qeyri-rəsmi yaşayıb və onların bir övladı olub. Sonradan onu tərk edən qadın Masallı rayonuna gəlib və R.İbişovla qeyri-rəsmi yaşayıb.
Mübahisə də məhz N.Əhmədovaya görə düşüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və araşdırma davam edir. (Oxu.az)
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO