Azərbaycanda korona: Hansı rayonda neçə nəfər yoluxub?

Azərbaycanda korona: Hansı rayonda neçə nəfər yoluxub?

Azərbaycanda koronavirus xəstələrinin bölgələr üzrə dəqiq təsnifatı yayımlanıb.

Miq.Az koronavirusinfo.az-a istinadən xəbər verir ki, 149 xəstə Bakı şəhərində qeydə alınıb.

Paytaxt rayonları üzrə ən çox yoluxma Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanovun (19) payına düşür. Abşeronda koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə 6-dır.

Bakının digər rayonları üzrə göstəricilər belədir:

Xətai rayonu - 13, Səbail rayonu - 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2

Qeyri-müəyyən - 6.

Azərbaycanın digər rayonlarında:

Lənkəran - 18, Cəlilabad - 15, Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş - 2, Quba - 2, Masallı -1, Siyəzən - 1, Xızı - 1, Qəbələ - 1, Tərtər - 1, Qax - 1, Qazax - 1, Biləsuvar - 1.

98 nəfər koronavirusa yoluxan şəxs ölkə xaricindən gələnlərdir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az