Azərbaycanda qadın məscidin xalçalarını oğurladı – Fotolar

Azərbaycanda qadın məscidin xalçalarını oğurladı – Fotolar
Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub.

"Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.
İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az