Son zamanlar narkotik vasitələri ölkəyə gətirmək istəyən narkokuryerlər arasında qadınlara tez-tez rast gəlinir. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.
Dövlət Gömrük Komitəsindən (DGK) Vətəninfo.az-a verilən məlumata görə, bu günlərdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikasının vətəndaşı Əhmədova Fəridə Firuddin qızı saxlanılaraq onun üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.
Bu zaman onun üzərindən, bədəninin bel hissəsinə və ayaqlarına yapışqanlı lentlə bağlanmış, gömrük nəzarətindən gizlədilmiş 4 ədəd bağlamadan xalis çəkisi 1 kiloqram 760 qram narkotik vasitə-marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı DGK-nın İstintaq İdarəsində təhqiqat aparılır.
Ümumiyyətlə, cari ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən 24 qadın müxtəlif növ narkotik vasitələri ölkə sərhəddindən keçirməyə cəhd göstərərkən saxlanılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR