Hadisə mütəxəssisləri də təəccübləndirib
Azərbaycanın Cəlilabad rayonunda anomal hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini Zahir Şahbazova məxsus fərdi təsərrüfatdakı inəklərdən biri 2 başı, 7 ayağı və 2 quyruğu olan buzov doğub. Buzovun həmçinin 3 bədənli olması, eləcə də cinsiyyətinin yoxluğu diqqət çəkən məqamlardan olub. Buzov doğulandan cəmi bir neçə dəqiqə sonra ölüb. Anomal hadisə təkcə inəyin sahibi Zahir Şahbazovu deyil, eləcə də mütəxəssisləri heyrətləndirib. Onlar belə bir hadisə ilə ilk dəfə rastlaşdıqlarını bildiriblər. Təsərrüfat sahibi Zahir Şahbazovun dediyinə görə, inək bundan əvvəl 3 bala verib və onların hamısı sağlam doğulub. Mütəxəssislər isə dölün belə anormal inkişaf etməsini heyvanların öz törəmələrindən olan əks cinslə cütləşməsi ilə əlaqələndiriblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR