Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

"Miq.Az" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, "Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, C.Xaspoladov xidmətləri fəaliyyəti dövründə DİN-in bir çox mükafatlarına layiq görülüb, "İgidliyə görə” medalı ilə təltif olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az