Vətəninfo.az Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 500 min dollar cərimələnib. Məlumata görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar çıxarıb.
IWF-nin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, qurum dopinq istifadəsinə qarşı qətiyyətli mövqeyi ilə əlaqədar 9 idmançısının dopinq analizlərinin müsbət nəticə verməsi səbəbindən AAAF-ı sərt cəzalandırıb. Eyni zamanda ali qurum milli federasiyadan idmançılar, məşqçilər və yığma komandamızın həkimləri ətrafında araşdırmalar aparmağa çağırıb.
İcraiyyə Komitəsi üzvlük haqlarını ödədiyini və ali qurumun günahsız idmançıları cəzalandırmama siyasətini nəzərə alaraq, AAAF-ın IWF-yə üzvlüyünü dayandırmamağı qərara alıb. Bununla belə, AAAF-a kəsilən cərimə 6 ay müddətində ödənilməlidir. Əks halda, IWF-nin təqvim ilində Azərbaycan heç bir ağırlıqqaldırma yarışında təmsil olunmayacaq.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR