Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, o, 48 kq çəkidə portuqaliyalı Liliana Koşta Dos Santosu 4:1 hesabı ilə məğlub edib.
M.Stadnikin 1/4 finaldakı rəqibi fransalı Julie Sabatie olacaq. Qadın pəhləvanlar saat 11:03-də döşək üzərinə çıxacaqlar.
saat 10:25
Bakı. 15 iyun. REPORT.AZ/ 60 kq çəkidə qadın güləşində Azərbaycanı təmsil edən Yuliya Ratkeviç bolqarıstanlı Taybe Yuseinə 1:4 hesabı ilə məğlub olub.
saat 10:14
Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulur. "Report"un məlumatına görə, Oyunların 4-cü günündə qadın güləşi yarışında 4 çəki dərəcəsində medallar təqdim ediləcək.
İlk olaraq 55 kq çəkidə Azərbaycan təmsilçisi Natalya Sinişin 1/8 finalda italiyalı Patrisia Luissi ilə üz-üzə gələcək. Görüş saat 10:00-da start götürüb. 60 kq-da isə Yuliya Ratkeviç qüvvəsini sınayacaq. Saat 10:14-də başlayan yarışda Ratkeviçin rəqibi bolqarıstanlı Taybe Yusein olacaq. Bundan 7 dəqiqə sonra Mariya Stadnik 48 kq-da portuqaliyalı Liliana Koşta dos Santosu məğlub etməyə çalışacaq. Digər Azərbaycan təmsilçisi Nadiya Muşka 69 kq çəki dərəcəsində rusiyalı pəhləvan Nataliya Vorobeva ilə döşək üzərinə çıxacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL