XXX Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunsa da, təşkilatçılar sonradan nəticəni ləğv ediblər.
İlk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub . Abdulhəmidov bu qələbə ilə 1/4 finala yüksəlsə də, sonradan Olimpiadanın rəsmi saytında Hakimlər Kollegiyasının qərarına əsasən yapon boksçunun qalib gəldiyi bildirilib (APA).
Qeyd edək ki, bokçumuz sonuncu raundda fiziki cəhətdən pis təsir bağışlayıb və ayaqüstə durmaqda çətinlik çəkib. Hətta bir neçə dəfə rinqdə yıxılıb.
Beynəlxalq Həvəskar Boks Federasiyası da məsələ ilə bağlı rəsmi açıqlaması yayılıb.
Qurumun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, azərbaycanlı boksçu sonuncu raundda 6 dəfə yerə yıxılıb. Qaydalara görə, hakimlər ən azı 3 belə halı nəzərə almalıdır. Belə halda hakimlər düöyüşü dayandırmalı və idmançıya texniki məğlubiyyət verməlidir.
Döyüşün nəticəsindən narazı qalan Yaponiya tərəfinin apellyasiyasına baxılaraq, döyüşün nəticəsi ləğv edilib.
Redaksiyadan: Yerdə sürünən bokçumuzun qələbəsi ləğv edilməli idi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR