Azərbaycanlı futbolçu Portuqaliyanın "Boavişta" klubuna keçib
Rusiyanın Azərbaycan əsilli futbolçusu, yarımmüdafiəçi Emin Mahmudov Portuqaliyanın "Boavişta" klubu ilə müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə 24 yaşlı futbolçunun işləri ilə məşğul olan "Prof-sport company" futbol agentliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Müqavilə iki il müddətinə imzalanıb.
"Boavişta" ötən mövsümü Portuqaliya yüksək liqasının 14-cü pilləsində başa vurub.
Emin Mahmudov bundan əvvəl "Krılya Sovetov" klubu ilə müqaviləsini pozub.
Miq.az