Vətəninfo.az xəbər verir ki, Rusiyanın Volsk şəhərində azərbaycanlı biznesmen vəhşicəsinə öldürülüb. ANS PRESS-in məlumatına görə, iyulun 18-də Rusiyada tanınmış iş adamı 55 yaşlı Ədilxan Alı oğlu Sərdarovun cəsədi avtomobilinin içində Volsk çayı sahilində tapılıb. Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, meyitin üzərində işgəncə və zorakılıq əlamətləri olub.
“Meyidə baxış keçirilib. Ə.Sərdarovun yaxınları onu tanıyıblar. Tibbi ekspertizadan sonra məlum olub ki, onun ölümünə başının sağ tərəfindən odlu silah vasitəsilə güllələnmə səbəb olub. Onun bədənində əzik izləri də müşahidə olunub”.
Qeyd edək ki, Ədilxan Sərdarov Volskda fəaliyyət göstərən imkanlı iş adamlarından olub. Ailəlidir. Bir oğlu, bir qızı və bir nəvəsi var. Volskdakı Azərbaycan diasporu sədrinin müavinin qardaşı olan Ə.Sərdarov aprel ayının 25-də özünün "VAZ 2106" markalı maşını ilə ofisindən çıxıb və o vaxtdan itkin düşüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR