Türkiyədə yaşayan soydaşımıza gözlənilməz maliyyə zərbəsi
Belarusun Qomel vilayətinin iqtisad məhkəməsi Türkiyədə yaşayan Azərbaycan vətəndaşına məxsus “Rolls-Royce” avtomobilini müsadirə edib.
Anspress-in məlumatına görə, yenisi İstanbulda təxminən 1 milyon dollara satılan avtomobilin sahibi özü Türkiyəyə təyyarə ilə uçub və “Rolls-Royce” avtomobilini də Rusiyadan nəqletmə şirkəti ilə yola salıb. Avtomobil 19 fevral 2015-ci il tarixdə "Novaya Quta" gömrük məntəqəsinə yük maşınının yedəyində daxil olub. Gömrük məntəqəsi avtomobili daşıyan şirkətin CMR qaiməsinin olmadığını əsas gətirərək 30 baza ölçüsü dəyərində cərimə kəsib və avtomobilin müsadirəsi barədə qərar verib.
İş iqtisad məhkəməsinə verilib. Məhkəmə də Azərbaycan vətəndaşına məxsus “Rolls-Royce”un müsadirə olunması barədə qərarı dəstəkləyib. Sadəcə, nəqliyyat şirkətinin cərimə ilə yanaşı, avtomobilin dəyəri mislində cəriməni Belarus dövlət büdcəsinə ödənməsini tələb edib. Pul ödənilənə qədər avtomobil Belarusda cərimə meydançasında gözləməlidir.
Nəqliyyat şirkətinin vəkili isə Belarus qanunlarının Azərbaycan vətəndaşına şamil edilmədiyini, buna görə də yuxarı instansiya məhkəməsinə müraciət edəcəklərini bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR