Vətəninfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı modelyer və dizayner Xədicə İbrahimli yeni “By Khaja yaz/yay 14” kolleksiyasını təqdim edib.
Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzində baş tutan dəfilədə 3 kolleksiyadan ibarət 23 geyim növü nümayiş edilib. Kolleksiyalarda 3 fərqli parça və 3 fərqli rəngdən istifadə olunub.
“Əksər xanımlar geyimlərində ağ və qara rənglərə üstünlük verirlər. Ona görə bu dəfə kolleksiyamda bu rəngləri və qırmızı rəngin çalarlarını ön plana çəkdim. Qırmızı cəlbedicilik rəmzidi. Hər bir xanım cəlbedici görünməyi və diqqət mərkəzində olmağı sevir. Qiymətli geyim bahalı paltar deyil, sizə ən gözəl yaraşandır. Düşünürəm ki, “By Khaja yaz/yay 14” kolleksiyası da xanımların ürəyincə olacaq”-, deyə modelyer bildirib.
Tədbirdə Xədicə İbrahimlinin ailə üzvləri, dostları və bir çox tanınmış sima iştirak edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR