Vətəninfo.az xəbər verir ki, Rusiyada Azərbaycan vətəndaşı yanan maşında həlak olublar. ANS PRESS-in məlumatına görə, dəhşətli qəza Samara şəhərində qeydə alınıb. Qəza iyul ayının 5-dən 6-na keçən gecə Avrora və Qaqarin küçələrinin kəsişməsində baş verib. Qəza zamanı "Chevrolet Cruze" və "Lada Priora" toqquşub.
"Chevrolet Cruze" markalı maşını 29 yaşlı gənc idarə edib. Digər maşının sükanı arxasında isə 31 yaşlı Azərbaycan vətəndaşı olub. İlkin məlumata görə, 29 yaşlı gəncin idarə etdiyi avtomobil işıqforun qırmızı işığında yola çıxıb və "Priora"ya çırpılıb. Qəzadan sonra maşınlardan biri alışıb. Alışan "Priora"nın sürücüsü və 31 yaşlı sərnişini yanan maşından çıxa bilməyiblər. Nəticədə onlar hadisə yerində ölüb. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, baş verən hadisə yolda olan digər maşının videonəzarət kamerası ilə anbaan lentə alınıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR