"Azərboru” ASC fəhlələri TİA.AZ vasitəsi ilə prezidentə müraciət edib.
Narazı fəhlələr qeyd edirlər ki, üç aydır maaşlar verilmir.
Şikayət məktubunda deyilir ki, "Baku Steel Company” şirkəti sahib olduğu Sumqayıtdakı "Azərboru” ASC fəhlələrinə əmək haqlarını ödəmir:
"Xəstəmizə dərman, uşaqlarımıza isti geyim ala bilmirik. 3 aydır evimizə ərzaq ala bilmirik. Fəhlələrin böyük qismi artıq 8 aydır 67%-lə evə buraxılıb. Zavodumuza Baku Steel Company sahiblənən gündən maddi durumumuz yox dərəcəsinə düşüb.
Azərbaycanda metallurgiya sahəsində kriminal imic qazanıb, bütün rəqiblərini bazardan çıxaran Baku Steel Company şirkətinin Azərboru ASC fəhlələrinin avqust, sentyabr, oktyabr maaşlarını verməyə pulu yoxdur?”
Şikayətçilər bildirirlər ki, ödəniləcək məbləğ də o qədər böyük deyil: "67 faizlə ödəniş edəndə hər fəhlənin bir ayına 170 manat pul düşür. Çox xahiş edirik, bizə kömək edin”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL