Azəri Günel bir neçə gün öncə əməliyyat etdirərək dodaqlarının formasını dəyişdirib, Bu xəbərin yazılmasından narahat olan müğənni Lent. az-a bunları bildirib: “ Xahiş edirəm ki, xəbərlərdə “Günel göz bəbəklərini böyütdü, burnunu kəsdirdi, dodaqları daha da yekəldi” sözləri yazılmasın. Gülürəm, sadəcə, anlam vermədiyim bilirsiniz nədi? Gördüyüm işlərə verilən önəmə baxın. Konsert vermişəm, şəkil paylaşmışam, ancaq bunlar haqda yazılmayıb, deyilməyib ki, qızımız konsert verib. Belə münasibət görəndə işdən soyuram. İşimiz çox çətindir, görək daha nələr olacaq, anlayanlar anlayacaq, Allahıma sığınmışam. Ona, ailəmə, sevdiyimə, sevdiyim dostlarıma inanıram. Amma bu dünyada heç kimə inanmıram. Amma ayaqdan çəkmək yox, dəstək olmaq lazımdır. Mənim iradım xalqıma deyil, bəzi ürəyi qara insanlara, paxıllardır, bu təsir edir mənə, artıq susa bilmirəm, şükür edirəm ki, nə yaxşı səsim, sənətim var. İstəyirəm ki, boş-boş xəbərlər yerinə, sənətimə qiymət verib, dəyərləndirsinlər. Biri deyir ki, unutqandı, digəri deyir ki, türkcə danışdı. Məndən başqa adam yoxdur görəsən? Artıq bəsdir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR