"Azərinşaatservis” şirkətinin maaşlarını ala bilməyən yüzlərlə fəhləsi yenidən bu şirkətin Dərnəgüldəki ofisinə doğru yürüş edir
VİZUAL.az xəbər verir ki¸fəhlələrdən virtualaz.org saytına daxil olan məlumata görə hazırda onlar "Elit” ticarət mərkəzinin qarşısındadır və şirkətin ofisinə doğru yürüş etməyə çalışırlar. Lakin polis onların qarşısını kəsib və yürüş etməyə icazə vermir.
Beynəlxalq Bankdan yüz milyonlarla dollar kredit borcu olan "Azərinşaatservis” əvvəl nəqliyyat nazirinə yaxın olub, daha sonra şirkət bankın idarəçiliyinə keçib və hazırda tam müflis vəziyyətdədir. Şirkət Azərbaycanda çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrində baş podratçı olub. Lakin bu günlərdə "Azəryolservis” şirkətlə tərəfdaşlığı dayandırıb. Şirkətin həyata keçirdiyi yol layihələrində işləyən bir neçə min fəhlə 5-6 aylıq əmək haqlarını ala bilmir və neçə vaxtdır ki, şirkətin ofisi qarşısında aksiyaya toplaşaraq pullarını tələb edirlər.
Fəhlələrin bildirdiyinə görə, bu dəfəki aksiyaya rayonlardan olan fəhlələr də qoşulacaq və onların sabah Bakıya toplaşacağı gözlənilir. Virtualaz.org saytının reportyoru "Azərinşaatservis”in ofisinə yola düşüb və fəhlələrin aksiyası haqda daha ətraflı məlumatları oxuculara çatdıracağıq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL