AzTV-nin baş redaktoru koronadan vəfat etdi

AzTV-nin baş redaktoru koronadan vəfat etdi

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi, rejissor Etibar Babayev koronavirusdan dünyasını dəyişib.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış politoloq Elçin Mirzəbəyli paylaşıb.

"Lənətə gəlmiş koronavirus tələbə yoldaşım, ailəvi dostum, qonşum, çox istedadlı rejissor, gözəl insan Etibar Babayevin də həyatına son qoydu.

Allah rəhmət eləsin. Sözün bitdiyi yerdəyəm”, - E.Mirzəbəyli qeyd edib.

Xatırladaq ki, E.Babayev uzun illər sevə-sevə izlədiyimiz "Kinoklub"un yaradıcısı idi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az