Ötən gün bağçaların birində azyaşlı uşağa müəllimələr tərəfindən psixoloji işgəncə verilməsi ilə bağlı yayılmış video material əsasında araşdırma başlayıb.
Həmin hadisədə məsuliyyət daşıyan şəxslər barədə müvafiq tədbir görüləcək. Bu barədə Publika.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, məlumat yayılan kimi İcra hakimiyyətinin müvafiq şöbəsi tərəfindən araşdırma aparılıb.
“Hadisə paytaxtdakı bağçalardan birində aşkarlanıb. Lakin hazırda bağçanın nömrəsini açıqlaya bilmirik. Həmin müəllimlərlə bağlı materiallar toplanır. Aparılan araşdırma nəticəsində müvafiq tədbirlər görüləcək.Onlara işdən azad edilmə, töhmət və s. cəzalar verilə bilər, lakin bu, aparılan araşdırmadan sonra bəlli olacaq. Uşağın valideynləri də bağçaya gəlib. Onlar müəllimələrdən şikayət etməyiblər. Lakin buna baxmayaraq İcra Hakimiyyəti tərəfindən tədbirlər görüləcək”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR