“Səyyar kitab”ın növbəti dayanacağı Badamdar Mədəniyyət Evi olacaq
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Hədəf Nəşrləri”nin birgə gerçəkləşdirdiyi kitab sərgi-yarmarkaları yay fəslində də davam edəcək.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, artıq 3 aydır ki, bu işlər “Səyyar kitab” layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində növbəti sərgi iyunun 9-da Badamdar Mədəniyyət evinin qarşısında baş tutacaq.
Sərgi-yarmarka saat 11:00-dan saat 18:00-a qədər davam edəcək, Badamdar sakinləri həm minlərlə adda müxtəlif nəşr nümunələri ilə tanış olmaq, həm də ucuz qiymətə kitab almaq imkanı qazanacaqlar.
Kitab sərgisinin məqsədi sakinlərin kitab aləmində olan yeniliklərdən xəbərdar etmək və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.
Sərgidə təqdim olunan kitablar arasında həm yerli nəşrlərə, həm də xarici ölkələrdə nəşr olunan rus, ingilis və türk dilində olan kitablara, dərs vəsaitləri və digər nəşr nümunələrinə də rast gəlmək mümkün olacaq. “Səyyar Kitabın” təqdim etdiyi məhsullar arasında ali məktəblərə və magistraturaya hazırlaşan gənclər üçün əhəmiyyət daşıyan vəsaitlər də olacaq.
Layihədə iştirak etmək istəyən başqa qurumlar və ya şəxslər (012) 596-66-95 nömrəli telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR