Motoyürüşçülərimiz vaxtaşırı yüksək dağların və sıldırım qayaların altından keçən tunelli yollarla səfərlərinə davam edirlər
Milli Qurtuluş günü münasibətilə, “Azərbaycanı Avropada tanıdaq!” devizilə 10 000 km-lik motoyürüşə çıxaraq Xorvatiyaya çatan baykerlərimizin yeni video görüntüləri yayılıb. Vətəninfo.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, baykerlərdən birinin həvəskar kamera ilə lentə aldığı görüntülərdə motoyürüşçülərimiz vaxtaşırı yüksək dağların və sıldırım qayaların altından keçən tunelli yollarla səfərlərinə davam edirlər.
İyunun 7-də yola çıxan “Harley Davidson” sahibləri Xorvatiyada keçiriləcək festivalda iştirak edəcəklər. Dünyanın əksər ölkələrinin baykerlərinin bir araya gələcəyi “Harley Davidson” festivalında ilk dəfə olaraq Azərbaycanı “Harley Davidson”un Bakı klubu təmsil edəcək.
“Azərbaycanı Avropada tanıdaq!” devizi altında başlayan motoyürüş iştirakçıları İstanbulda, Belqradda və digər Avropa şəhərlərində Azərbaycana aid abidələri ziyarət edib.
Baykerlər Xorvatiyada keçiriləcək tədbirdə Xocalı faciəsi, Dağlıq Qarabağ problemi və Azərbaycan haqqında Heydər Əliyev Fondunun təqdim etdiyi broşurları və kitabları paylayacaqlar.
Qeyd edək ki, motoyürüş “Harley Davidson Baku”nun təşkilatçılığı, ANS TV-nin informasiya dəstəyilə həyata keçirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR