Azərbaycan paytaxtındakı Olimpiya Stadionunda Bakı 2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başlayıb.
Vətəninfo.az APA-ya istinadla məlumat verir ki, səhnədə Qız qalası ucalıb, qalanın ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər - Bakı, “Alov qüllələri” görünüb.
Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyevi, Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor Dövlət Himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan bayrağı yüksəlib.
Qeyd edək ki, Azərbaycan öz tarixində ilk dəfə belə mötəbər idman turnirinə ev sahibliyi edib. Azərbaycana “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti üzvü təşrif buyurub. Azərbaycanı təmsil edən 291 atletin mübarizə apardığı yarış ölkə üçün tarixi rekordla əlamətdar olub. Azərbaycan yığması yarışları 56 medalla başa vuraraq qitənin ikincisi adını qazanıb. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan Azərbaycan komandası Avropanın şəksiz lideri olan Rusiyadan geri qalıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL