Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması səbəbindən monitorinq işləri müvəqqəti dayandırılıb.
VİZUAL.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında cüzi də olsa, çökmə prosesi gedir: "Avtovağzalın qarşısındakı asfaltın altında müəyyən boşluqlar yaranıb. Boşluqlar doldurulana qədər az da olsa, çökmə prosesi müşahidə olunacaq. Bu da təbiidir. Hazırda asfaltın altında yaranmış boşluqları doldurmaq üçün ora sement məhlulu vurulur. Bunun nəticəsində asfaltın altındakı tökmə torpaq sement məhlulunun içərisində həll olub bərkiyəcək və boşluqlar tutulacaq. Beləliklə də, çökmə prosesi tam dayanacaq”.
Baş geoloq əlavə edib ki, ərazidəki əsas istinad divarında hər hansı hərəkət qeydə alınmasa da, əsas yolla köməkçi yolun arasındakı divarda 2-3 mm-lik hərəkət qeydə alınıb.
Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri tamamlandıqdan sonra monitorinq bərpa ediləcək.|APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL