Bakıda yol polisi tərəfindən saxlanılan sürücü itaətsizlik göstərib.
Vizual.azxəbər verir ki, hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, dekabrın 11-də saat 04:30 radələrində yol polisi Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 45 ünvanının qarşısında "Lexus” markalı 10 AR 900 nömrə nişanlı avtomobili saxlayıb. Bakı şəhər Baş Polis İdarəsi Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Fərid Əkbərov sürücü, 1980-ci il təvəllüdlü Orucov Kamran Əlisaab oğlunun sərxoş olduğunu bildirib və onu tibb məntəqəsində müayinədən keçməyə dəvət edib.
Bu zaman sürücü yol polisinə qarşı təhqiramiz ifadələr işlədib və müqavimət göstərib.
Polis serjantı hadisə ilə bağlı raport yazaraq aidiyyatı üzrə təqdim edib.
Qeyd edək ki, yol polisinin barəsində raport yazdığı Kamran Orucov sabiq ədliyyə naziri və baş nazirin müavini Əlisaab Orucovun oğludur.
Hazırda faktla bağlı araşdırma aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL