Bakı Bulvarında özbaşnalıq - Video
Dənizin sərin havasını duyaraq, çay içmək istəyənlər heç çəkinmədən
bulvar ərazisində bu istəklərini gerçəkləşdirə bilmirlər. Belə ki,
bulvar ərazisində bəzi obyektlərdə vətəndaşlara sadə çay verilmir.
Vətəndaşlar 2 manat ödəməli olduğu halda amma bəzi obyektlər buna məhəl
qoymurlar. İnsanların da elə şikayəti əsasən bundandır.
Bu
ərazilərdəki kafelərdə menyuda sadə çayın olduğu göstərilsə də, nədənsə
çayçı işləyən şəxs bu təklifin icra edilmədiyini bildirib. Kafenin
administratoru isə deyilənləri təkzib edib və bildirib ki, sadə çayın
verilməməsi mümkün deyil. O, hətta belə səhv edən işçinin işdən azad
edilə biləcəyini də deyib.
Analoji vəziyyətə bir çox çay
evlərində rast gəlinir. Sadə çay verilməsi Dənizkənarı Milli Park
İdarəsi tərəfindən obyekt sahiblərinə əslində tapşırılıb. Amma bəzi
kafelər deyəsən bu təlimata barmaqarası yanaşır.
Sadə çayın
verilməməsi ilə bağlı qaynar xəttə şikayətlərin çox olduğunu deyən
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov kafelərdə bu cür halların
baş verməsini özbaşınalıq kimi qiymətləndirir. Onun fikrincə, bulvarda
mütləq şəkildə sadə çay verilməlidir. Çünki, buraya dincəlməyə gələn
insanların hamısının çay dəstgahı sifariş etməyə maddi imkanı olmaya da
bilər.
Rəis müavini bu məsələdə bir problemlə üzləşənlərə (055)
282 70 00 nömrəli telefon nömrəsinə günün 24 saatı zəng etməyi məsləhət
görüb.