Bakı dairəvi yolunun Qaradağ rayonunun Lökbatan qəsəbəsinə dönən hissəsində böyük tıxac yaranıb.
Vətəninfo.az Bizimyol.info-ya istinadən xəbər verir ki, şəhər istiqamətindənBakı-Astara şosesi ilə sürətlə hərəkətdə olan beton daşıyan “Kamaz” markalı avtomobil təmirə bağlanmış yola daxil olaraq aşıb.
Nəticədə yolun kənarındakı istinad dəmir konstruksiyalarını əzərək parçalanan yük avtomobili şəhərə gələn yolun böyük hissəsini tutub. Bu səbəbdən rayonlardan, “Sədərək” Ticarət Mərkəzindən paytaxta daxil olmaq istəyən avtomobillərin böyük tıxacı yaranıb. Hadisə yerində olan DYP əməkdaşları isə bu saatlarda da tıxacın aradan qaldırılmasına cəhd edirlər.
Xatırladaq ki, göstərdiyimiz ünvanda tez-tez bu kimi hallar yaşanır. İki aydan çoxdur ki, təmirə bağlanan yolun girişinə nişanlar qoyulsa da, hətta yolun ortasında çınqıl tökülərək süni təpə yaradılsa da, şəhər istiqamətindən üzü aşağı yüksək sürətlətlə hərəkət edən yük avtomobilləri ağır qəzalar törədirlər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR