Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, gələn il Bakıda keçiriləcək 1-ci Avropa Oyunları üçün inşa edilən Bakı Olimpiya stadionunun bütün tikinti işləri 24 ay müddətində yekunlaşacaq. Layihənin rəhbəri Cem İlgün bildirib ki, hazırda görüləcək işlərin təxminən 65%-nin bitdiyini bildirib:
“Müqaviləyə əsasən, layihəni 2015-ci ilin 28 fevral tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Oyunları 2015-ci ilin iyun ayında başlayacağından, biz stadionu fevralın 1-də təhvil verməyi nəzərdə tutmuşuq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 000 izləyicini qəbul edə biləcək olimpiya stadionunun 24 ayda yekunlaşması həqiqətən son dərəcə önəmli hadisədir”, - deyə layihə rəhbəri bildirib.
O, əlavə edib ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır: “Hazırda bu layihəyə 4 800 işçi cəlb olunub. Onların 2 000 nəfəri “Tekfen” şirkətinin, 2 800-ü isə “Taşeron” şirkətinin heyətidir. Hündürlüyü 60 m olan stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Bu günə qədər 300 000 kubmetr beton tökülüb. Layihənin sonuna qədər bunu 350 000 kubmetrə çatdırmağı planlaşdırırıq”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR