Vətəninfo.az xəbər verir ki, bu gecə saat 04:30-da Bakı-Qazax yolunda dəhşətli yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Fərman Yusif oğlu Hacıyevin idarə etdiyi “VAZ-21011” markalı, 41-BB-557 dövlət nömrə nişanlı avtomobillə Adil Rafiq oğlu Nəzərovun idarə etdiyi “Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı avtobus toqquşub. Zərbənin təsirindən “VAZ” markalı avtomobil istifadəyə yararsız hala düşüb. Maşının sürücüsü də sükan arxasında dünyasını dəyişib. Avtobusda olan sərnişinlərdən isə 16 nəfər yaralanıb. Yaralılardan 7 nəfər Ucar rayon Mərkəzi Xəstəxanasına, 8 nəfər isə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlar aşağıdakılardır: 30 yaşlı Samir Hacıyev, 33 yaşlı Sərminə Hüseynova, 67 yaşlı Ədalət Osmanov, 29 yaşlı Tarif Mirzəyev, 42 yaşlı Yeganə Qəzənzadə, 49 yaşlı Turac Namazova, 63 yaşlı Gülpəri Osmanova, 25 yaşlı Əzizə Əliyeva və 62 yaşlı Əsgər Əliyevdir. Ədalət Osmanovla Gülpəri Osmanovanın vəziyyətləri nisbətən daha ağırdı. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR