Vətəninfo.az xəbər verir ki, bu gün saat 15:00 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində zəncirvari yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şamaxı rayonu ərazisində baş verən qəzada 4 nəfər ağır yaralanıb. Belə ki, “KamAZ” markalı yük maşını qarşıdan gələn “Mercedes” markalı avtomobilinə çırpılıb. Daha sonra isə yük maşını “VAZ-2107” markalı maşını vurub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü Ziya Ağarəhimov və “Jiquli”nin sürücüsü Qalib Ağayev, sərnişinlər Tərlan Ağayev və azyaşlı oğlu Rəsul Ağayev ağır yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə, hadisəyə “KamAZ” markalı yük maşının sürətlə hərəkət edərkən idarəetməni itirməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR