Vətəninfo.az xəbər verir ki, axşam saatlarında Bakıda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Zığ şossesində, “SOCAR” yanacaq-doldurma məntəqəsinin yaxınlığında baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi xəbərə görə, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil idarəetməni itirərək "Qazel" markalı yük maşınına çırpılıb və əks yola çıxaraq VAZ 2107” markalı maşınla toqquşub.
Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü, taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Nərimanov Şahin Nadir oğlu və sərnişin 1990-cı il təvvəlüdlü Bayramova Samirə Afət qızı hadisə yerində ölüblər. Qəza nəticəsində xəsarət almış “Opel” markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılıb. Həlak olmuş şəxslər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədləri nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR