10 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanacaqdakı insanların üstünə sürüb. Nəticədə bir nəfər xəsarət alıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Publika.az-a hadisə şahidləri veriblər. Şahidlərin sözlərinə görə, hadisə paytaxtın Atatürk prospektində, Ayna Sultanova heykəlinin yaxınlığında baş verib. 10-ZA-677 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücü hadisə yerindən qaçıb:
“Dayanacaqda dayanmışdıq. Bir də gördük ki, avtobus üstümüzə gəlir. Tez kənara çəkildik. Bir nəfər avtobusun ön qapısından yerə düşdü. Az qala təkərin atlında qalacaqdı. Sürücü saxlamadı, sürüb qaçdı”.
Məlum olub ki, xəsarət alan şəxs 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Maya Əhmədovadır. Zərərçəkmişin həyat yoldaşı əməkdaşımızla söhbətində bildirib ki, həmin sürücünün cəzalandırılmasını istəyir:
“Belələri sürücü adına ləkədir. Səhvi eləmisən, heç olmasa, saxla, maraqlan da. Elə bəlkə, təkərin altında qalaydı? Bütün aidiyyəti qurumlardan bu şəxsin tutularaq cəzalandırılması istiqamətində addımlar atmağını xahiş edirəm”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR