Vətəninfo.az xəbər verir ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində, Aeroport yolunda üzü şəhər istiqamətində hərəkət edən sərnişin avtobusu, ”Koroğlu” metrostansiyasına çatmamış tikilməkdə olan Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda hadisə yerinə Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları cəlb olunub.
Şəhər Yol Polisi idarəsindən ANS PRESS-ə verilən məlumata görə, 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. Qəzada aldığı xəsartələr nəticəsində avtobusun sürücüsü Nəticədə avtobusun sürücüsü hadisə yerindəcə ölüb. Avtobusda olan sərnişinlərdən bir neçəsi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, baş verən qəza Heydər Əliyev prospektində Sabunçu körpüsündən "Koroğlu" metrosunadək uzanan tıxaca səbəb olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR