Bakının Bilgəh qəsəbəsində Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.
Vətəninfo.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə bu gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.
Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Bilgəh qəsəbəsində qeydə alınıb.
Maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq, orada olan pulu da götürüb hadisə yerindən qaçıblar.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.
Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR