Bir neçə gün öncə silahlı şəxs tərəfindən qarət edilən və 280 manat oğurlanan aptekin sahibinin kimliyi məlum olub.
Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən aptekin sahibi millət vəkili İlyas İsmayılovun həyat yoldaşı Zəkəriyyə İsmayılovadır.
Deputat İlyas İsmayılov məlumatı təsdiqləyərək bildirib ki, hadisədən şikayətçi olublar və oğurluq edən şəxs tutulub: "Şikayət etdik, həmin şəxs tutulub. Burada sensasiya axtarılacaq bir şey yoxdur".
Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı aptekdə olan Zəkəriyyə İsmayılovaya və Almaz Əmirovaya qarşı quldurluq edən 1986-ci il təvəllüdlü Röyal Məmmədov müəyyən edilərək saxlanılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR