Puşkinin abidəsi önündə keçirilmiş tədbir Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi və “Sodrujestvo” Cəmiyyəti tərəfindən təşkil olunub.
Bu gün Bakıda dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 214-cü ildönümü qeyd olunub.
Tədbirin açılışında çıxış edən Səbail rayon Hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, şairin abidəsi ucaldılmış bu parkda Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib. O, dahi rus şairinin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolunu, onun dünya ədəbiyyatına verdiyi töhfələri xatırladaraq bildirib ki, Puşkinin əsərləri təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir: “Puşkinin yaradıcılığı insanları yaşına, milliyyətinə, dininə baxmayaraq birləşdirir, onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub”.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu söyləyib. O, Puşkinin Qafqaz haqqında yazdığı şeiri oxuyub.
Sonra Səbail rayon orta məktəblərinin şagirdləri Puşkinin əsərləri əsasında hazırlanmış səhnəciklər göstəriblər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR