Bakıda qəfil vəfat edən müğənninin ailəsindən AÇIQLAMA

Bakıda qəfil vəfat edən müğənninin ailəsindən AÇIQLAMA

Bir neçə gün əvvəl Bakıda qəfil vəfat edən müğənni, "Ağbaba” folklore qrupunun solisti Faiq Tağıoğlunun ailəsi onun vəfatı ilə bağlı açıqlama verib.

Mərhumun bacısı oğlu Baris Novruzov Publika.az-a bildirib ki, F.Tağıoğlu ilkin məlumatda bildirildiyi kimi koronavirusdan vəfat etməyib: "Dayım başağrıları ilə bağlı xəstəxanaya müraciət etmişdi. Lakin 2 gün sonra vəfat etdi. Həkimlər bildirdi ki, onda tromblaşma olub və başağrılarına da bu səbəb olub. Nəticədə beyininə qan sızıb və bu səbəbdən vəfat edib”.

Qeyd edək ki, F.Tağıoğlu Qərbi Azərbaycan folklorunun yaşadılmasında və təbliğində xidmətləri olan musiqiçilərdən olub.

Allah rəhmət eləsin!
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az