Bakıda tanınmış həkim barəsində cinayət işi başlanılıb.
Miq.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, "Elmed" Tibb Mərkəzinin cərrahı Məhəmməd Neciyevə qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
O, "Elmed" Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişmiş Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.
Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüqar Məmmədovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, "Elmed" Tibb Mərkəzində ölüm hadisəsi bu il oktyabr ayında baş verib. 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.
H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb