Bakıdan qayıdan ermənilərin məhkəməsi başlayır
Ermənistanda bir müddət Azərbaycanda yaşayıb geri qayıtmış Yeqişe Gevorkyanın məhkəmə başlayır.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, proses Vedi şəhərində Vayotsdzor
vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsində
keçiriləcək. İlk iclas avqustun 13-ə təyin edilib. Məhkəməni hakim Levon
Arazyan aparacaq.
Ermənistandan Azərbaycana keçən, daha sonra ölkəsinə təhvil verilən
Gevorkyan ailəsi haqqında açılan cinayət işinin istintaqı başa çatıb.

Erməni ailə 5 il Bakıda yaşadıqdan İrəvana qayıdanda sonra nankor açıqlamalar verib
52 yaşlı Yeqişe, arvadı Ruzanna və üç uşağından ibarət Gevorkyan ailəsi
10 yanvar 2010-cu ildə Ermənistan-Azərbaycan sərhədini keçib və Naxçıvan
Muxtar Respublikasına daxil olub. Gevokyan ailəsi Ermənistana 12 dekabr
2014-cü ildə qaytarılıb.
Yeqişe Gevorkyan və onun ailəsi Ermənistan qaçaraq Azərbaycan tərəfinə
keçdiyi üçün onlar haqqında İrəvanda cinayət işi açılmışdı. Gevorkyan
ailəsi Ermənistana təhvil veriləndə isə həbs qətiimkan tədbiri
Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.
Ailənin başçısı Y.Qevorkyan
Azərbaycan ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün "Yeraz” markalı
maşınla Ermənistanın Azərbaycan Respublikası Naxçıvan Muxtar
Respublikası ilə sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv
atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdi.
Y.Qevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana
keçdikləri gün - 2010-cu il yanvarın 10-da Ermənistana qayıtmaqdan
imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə
yazılı müraciət ünvanlamışdılar.
Prosedura uyğun olaraq onların müraciəti
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən
ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin
müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə
baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət
onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar vermişdilər.
Azərbaycandan Ermənistana qaytarılan Gevorkyan ailəsi erməni xislətini
bir daha nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, qarşı tərəfə
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə təhfil verilmiş
ailə üzvləri Ermənistan mətbuatına qayıtdıqları ilk gündə
yalan açıqlamalar veriblər.
Gevorkyan ailəsinin başçısı Yeqişe Petrosoviç girovluqda olarkən qul
kimi saxlanıldıqlarını iddia edib. 4 il Azərbaycanda saxlanılan erməni
ailəsi hətta döyüldüklərini və onlara cərəyan verildiklərini deyib. Lakin paytaxtımızda olduqları müddətdə ANS-ə müsahibə verən erməni ailə
Azərbaycanda olarkən ailə saxlanılma şəratindən razılıq etmişdi. Ailə
üzvləri Ermənistana qayıtmaq istəmədiklərini və öz ölkəsindən fərqli
olaraq Azərbaycanda qarın dolusu yemək yediklərini söyləmişdilər.