Təhsil Nazirliyi tərəfindən bu ildən ali təhsildə müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbinin tətbiq edilməsi ilə bağlı təkliflər verilib. Bu təkliflər qəbul olunub və bu il keçiriləcək qəbul imtahanlarında nəzərə alınacaq”.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
TQDK sədrinin sözlərinə görə, bu yenilik yalnız I ixtisas qrupu üzrə tətbiq ediləcək.
M. Abbaszadə qeyd edib ki, cari ildən ali məktəblərə qəbul zamanı müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi yalnız I qrupun 6 ixtisasında nəzərə alınacaq: "Bu yeniliklər barədə ali məktəblərə ixtisaslarla əlaqədar elanı hazırlananda, bakalavriat pilləsinə qəbul qaydaları açıqlananda ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, bu vaxta kimi olan qaydalara əsasən, hər bir ixtisas üzrə minimal keçid balı qəbul imtahanlarından sonra abituriyentlərin göstərdiyi nəticələrə uyğun olaraq formalaşırdı. Bu ildən isə yalnız I qrupun 6 ixtisasına qəbul zamanı imtahanlardan öncə müəyyən edilən minimal keçid balını toplamaq tələb olunacaq. Digər ixtisaslarda isə qaydalar olduğu kimi qalacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR