Bakıda keçirilən ənənəvi bal yarmarkasında dava düşüb.
Vətəninfo.az xəbər verir ki, səbəb yarmarkaya Qırğızıstandan da arıçıların qatılması olub. Yerli əhalinin qırğızıstanlı fermerlərin alıcılara təklif etdiyi bala üstünlük verməsi azərbaycanlı arıçıların kəskin etirazına səbəb olub. Onlar Qırğızıstandan gələn arıçıların üstünə hücum çəkiblər.
Bu zaman təhlükəsizlik əməkdaşları aqressiv kütləni sakitləşdirməyə çalışıb. Yerli fermerlər etiraz əlaməti olaraq təşkilatçıları fitə basıb.
Nurəddin adlı fermer "Brifinq.com"un yarmarkada olan əməkdaşına bildirib ki, Qırğızıstandan gətirilən məhsul keyfiyyətsizdir və əhalini aldadırlar:
"Onlar öz məhsullarını "kraska" qabında satırlar. Keyfiyyətsiz bal satırlar. Bu yarmarka azərbaycanlı fermerlər üçün təşkil olunub. Qırğızıstan balının bu yarmarkada nə işi var!?"
Yarmarkada baş verən qarşıdurmanın görüntülərini təqdim edirik:
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR