"İlin əvvəli ilə müqayisədə noyabr ayının 1-ə bankların müştərilərinin sayı 582452 nəfər artıb. Amma bu ilin ikinci yarısından bank sektorunda başlayan ixtisarlara görə 1000 nəfərədək işçi işi ilə vidalaşıb”.
Vizual.az xəbər verir ki, bu barədə Feysbukda iqtisadçı-ekspert Qubad İbadoğlu yazıb.
"Hazırda banklarda çalışanların ümumi sayı 21.500 nəfər təşkil edir. Gələn ildən işçilərin siyahı sayında azalmanın daha üstün templə davam edəcəyi gözlənilir. Bunu şərtləndirən başlıca amillərdən biri bankların kredit qoyuluşlarının azalmasının tendensiya xarakteri almasıdır. Bu isə yalnız iqtisadiyyatda işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır. Bütün bu proseslərin nəticəsində bank fəaliyyətinin maliyyə nəticələri pisləşməkdə, həm zərərlə işləyən bankların və həm də zərərin məbləği artmaqdadır. Bu tendensiya növbəti ildə bank sektorunda böhran hallarına gətirib çıxara və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər. Odur ki, Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqaməltlərində bankların sağlamlaşdırılması və onların karpitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir”, - ekspert bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL